...

ARDNŞ yanvar-noyabrda 128 min metrdən çox qazma işləri aparıb

Energetika Materials 6 Dekabr 2010 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

2010-cu ilin yanvar-noyabr ayları ərzində ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla 128 955 metr qazma işləri aparıb. Ötən ilin müvafiq dövründə bu göstərici 155 412 metr olub. Bu barədə şirkətin məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, yanvar-noyabrda aparılan qazma işlərinin ümumi həcminin 120 689 metri istismar, yerdə qalan 8 266 metri isə kəşfiyyat (o cümlədən 1 585 metr struktur-axtarış) qazmalarının payına düşüb.

Şirkət noyabrda 11 721 metrlik qazma işləri aparıb, otən ilin noyabrında isə bu göstərici 12 747 metr olub.

2009-cu ildə ARDNŞ 168,2 min metr qazma işləri həyata keçirib. 2008-ci ildə bu rəqəm 203 min metrə yaxın, 2007-ci ildə isə 190 376 metr olub.

Xəbər lenti

Xəbər lenti