...

Uzunmüddətli perspektivdə neftin qiymətləri 100 dollar/bareli ötəcək - EIA

Energetika Materials 25 Dekabr 2010 13:00 (UTC +04:00)
Uzunmüddətli perspektivdə dünyada neftin qiymətləri 100 dollar/bareli ötəcək. Belə proqnozlar ABŞ Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) enerji bazarının illik icmalında yer alıb.
Uzunmüddətli perspektivdə neftin qiymətləri 100 dollar/bareli ötəcək - EIA

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir A.Bədəlova /

Uzunmüddətli perspektivdə dünyada neftin qiymətləri 100 dollar/bareli ötəcək. Belə proqnozlar ABŞ Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) enerji bazarının illik icmalında yer alıb.

EIA-nın proqnozlarına görə, 2035-ci ildək Amerikanın WTI növlü neftinin orta qiyməti bir barel üçün 125 dollar təşkil edəcək.

Cümə axşamı, dekabrın 23-də Nyu-Yorkun NYMEХ birjasında keçirilən hərracın yekunlarına görə, WTI-ın fevral fyuçerslərinin dəyəri 1,03 dollar artaraq bir barel üçün 91,51 dollar olub.

London birjasında Şimal dənizindən hasil olunan Brent markalı neft qarışığının fevral fyuçerslərinin qiyməti 0,6 dollar artaraq bir barel üçün 94,25 dollar olub.

EIA dünya iqtisadiyyatının bərpa olunması ilə bağlı neftin qiymətinin artmaqda davam edəcəyini gözləyir, dünyada yanacağa tələbat isə OPEK-ə daxil olmayan ölkələr tərəfindən satışları əhəmiyyətli dərəcədə artıracaq.

EIA-nın proqnozlarına görə, 2025-ci ildə WTI-ın orta qiyməti 2010-cu ildəki bir barel üçün 79 dollara qarşı 117 dollar təşkil edəcək.

Qısamüddətli dövrdə EIA neftin qiymətində əhəmiyyətli artım gözləmir, onları 2011-ci ildə bir barel üçün 86 dollar səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına görə, qısamüddətli perspektivdə neftin qiymətləri bir barel üçün 100 dollar həddinə çatmayacaq. Agentlik 2011-ci ildə WTI-ın orta qiymətini 86,08 dollar səviyyəsində proqnozlaşdırıb.

Xəbər lenti

Xəbər lenti