...

Ukrayna Azərbaycana enerjidaşıyıcıların yeni satış bazarını təklif edir

Energetika Materials 29 Yanvar 2011 14:11 (UTC +04:00)
Bu gündən Azərbaycan neftinin "Odessa-Brodı" boru kəməri ilə Ukrayna vasitəsilə Mozır neft emalı zavodu üçün Belarusa daimi nəqlinə başlanılır.
Ukrayna Azərbaycana enerjidaşıyıcıların yeni satış bazarını təklif edir

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Seymur Əliyev,Trend Captial agentliyinin direktor müavini

Bu gündən Azərbaycan neftinin "Odessa-Brodı" boru kəməri ilə Ukrayna vasitəsilə Mozır neft emalı zavodu üçün Belarusa daimi nəqlinə başlanılır.

Bu günlərdə Azərbaycan neft və qazının Ukraynaya nəqli barədə Bakı və Kiyev arasında sənəd imzalanıb ki, bu da Azərbaycandan dünya bazarlarına enerjidaşıyıcıları nəqlinin şaxələndirilməsi üzrə növbəti mərhələdir.

Azərbaycan və Ukrayna əsas marşrutlarından biri "Odessa-Brodı" boru kəməri və onun Polşanın Plosk və Qdansk şəhərlərinə qədər uzadılması barədə layihə olan Avroasiya neftnəqliyyat dəhlizinin yaradılması layihəsinin fəal iştirakçılarıdır.

Enerji daşıyıcılarının nəqli üzrə yeni marşrutla yanaşı, neftin bu marşrut üzrə nəqli Azərbaycan neftinin ticari effektivliyini əhəmiyyətli şəkildə artırır və onun nəqli coğrafiyasını genişlədirir.

Ukrayna vasitəsilə Belarusa neft nəqli Azərbaycan qarşısında Karib hövzəsi və ABŞ bazarına çıxış imkanı yaradır. Bu, Belarus, Venesuela və Azərbaycan tərəfləri arasında "swap" nəqlinə dair razılaşma ilə bağlıdır.

Venesuelanın Minsk qarşısında Belarus NEZ-lərinin təminatı üçün neft nəqlinə dair öhdəlikləri var. Lakin bu layihənin gerçəkləməsi neftin nəqli üçün əhəmiyyətli dərəcədə xərclər tələb edir.

"Swap" müqavilədə  Azərbaycandan Belarusa neft nəql etməyə və öz növbəsində Venesuela neftini Cənubi Amerikada ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) verməyə imkan verir.

ARDNŞ-ni xüsusilə Venesuela neftinin "Santa Barbara" növü maraqlandırır və bu növü şirkət Amerika bazarı, əsasən də Şimali Amerika bazarında Venesuelanın Belarusa nəql edəcəyi həcmdə gerçəkləşdirməyi planlaşdırır. Daha doğrusu, ARDNŞ Belarusa neft nəql edə və həmin həcmdə də Venesueladan neft ala bilər.

ARDNŞ-nin Ukrayna bazarına neft məhsullarının pərakəndə satıcısı kimi çıxışı şərtlərində Azərbaycan neftinin Ukraynaya nəqlinə və onun vasitəsilə tranzitinə maraqlılıq əhəmiyyətli şəkildə artır.

Yanvarın ikinci ongünlüyündə şirkət Ukraynada yanacaqdoldurma məntəqələri şəbəkəsini açıb və beş il ərzində onun genişləndirilməsi planlaşdırılır. Bu dövrdə Ukraynada ARDNŞ-nin brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 500-ə çatacaq.

Ukraynanın pərakəndə satış bazarına çıxış şirkətin gələcəkdə Avropa ölkələri bazarlarında irəliləməsinə imkanlar açır. ARDNŞ artıq Rumıniyanın neft məhsulları bazarına çıxdığını elan edib ki, bu da Aİ bazarına daxil olmaq deməkdir. Bu proses ARDNŞ-nin Ukraynada və ya Şərqi Avropa ölkələrindən birində NEZ almaqla bağlı çoxdankı niyyəti ilə də möhkəmləndirilə bilər.

Davosda Azərbaycan və Ukrayna prezidentlərinin danışıqlarının yekunları üzrə tərəflər Ukraynaya maye qaz nəqlinin təşkilinə dair əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Son illər Ukrayna Aİ ilə Rusiya arasında qaz münaqişəsində əngələ çevrilib. Bu problemlər prfaktiki olaraq, Rusiyadan idxal olunan qazdan tam asılı olan Kiyevin özünə təsir edir.

Bu gün Ukrayna Rusiya qazının tədarükünün müxtəlif alternativ variantlarını nəzərdən keçirir. Eləcə də Kiyev "Bəyaz axın" layihəsinin təşəbbüskarıdır. Bu layihə Azərbaycan qazının Gürcüstandan və Qara dənizin dibi ilə Ukraynaya nəqlini nəzərdə tutur. Lakin bu layihə böyük yatırımılar tələb edir və indiyədək bu sərmayəni kimin qoyacağı məlum deyil.

Son vaxtlar Ukrayna yeni qaz tədarükü, həmçinin Azərbaycan qazının nəqli layihəsinə qoşulub. Bu layihə Qara dəniz sahillərində sıxılmış qazın qəbulu üçün terminalın tikintisini nəzərdə tutur. Bu layihə xüsusilə Azərbaycandan sıxılmış qazın Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya ixracını nəzərdə tutan Azerbaijan-Georgia-Romanian Interconnector (AGRI) layihəsinin həyata keçirilməsi fonunda daha real layihədir.

AGRI layihəsinin gücü üç variantda nəzərdə tutulur - ildə 2 milyard, 5 milyard və 8 milyard kubmetr qaz. İlkin məlumatlara görə, layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dövr edir.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilinə qaz kəməri ilə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın Konstant limanı terminalına nəql olunacaq.

Enerjidaşıyıcıların yeni satış bazarlarına nəqli üzrə çoxlu sayda müxtəlif layihələrin mövcudluğunda ilk növbədə Azərbaycan maraqlıdır. Respublikanın artıq kifayət qədər karbohidrogen hasilatı və onların çoxşaxəli nəqli marşrutları sayəsində öz enerji təhlükəsizliyini faktiki olaraq təmin etməsinə baxmayaraq, əməkdaşlığın yeni istiqamətlərinin axtarışı ixracın effektivliyini və bu prosesin iqtisadi mahiyyətini artırır.

Xəbər lenti

Xəbər lenti