...

Azərbaycan və İran qaz tədarükü üzrə müqavilənin imzalanmasına yaxındır

Energetika Materials 8 İyun 2011 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir E.İsmayılov/

Bu ilin yayında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və NIGEC (İranın Milli Qaz İxracı Şirkəti) Azərbaycan qazının İrana uzunmüddətli tədarükü üzrə müqavilə imzalamaq fikrindədir. Bu barədə çərşənbə günü ARDNŞ-dəki yüksək vəzifəli nümayəndə bildirib.

Hazırda danışıqlar və ilkin mərhələdə ildə bir milyard kubmetr, daha sonralar həcmin artırılması mümkünlüyü ilə qazın tədarükünə dair müqavilənin şərtlərinin razılaşdırılması prosesi başa çatır.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, Azərbaycanda qaz tədarükünün həyata keçirilməsi üçün bütün zəruri infrastruktur yaradılıb və bərpa olunub.

ARDNŞ və NIGEC yanvarın 12-də Bakıda Azərbaycan qazının İrana tədarükü haqqında uzunmüddətli müqavilə imzalayıblar. Beş il müddətinə imzalanan müqaviləyə görə, 2011-ci ildə Azərbaycan İrana bir milyard kubmetr qaz tədarük edəcək, sonrakı illərdə isə bu həcm artırılacaq.

Müqaviləni ARDNŞ prezidenti Rövnəq Abdullayev və NIGEC-in baş direktoru Cavad Oci imzalayıb.

Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr - 296,5 kilometri Azərbaycan ərazisində yerləşən Qazı Məhəmməd-Bind-Biand qaz kəməri əlaqələndirir. Bu marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Bu istiqamətində üç kompressor stansiyası - Qazı Məhəmməd, Ağdaş və Qazax stansiyaları tikilib.

Xəbər lenti

Xəbər lenti