...

Azərbaycan və Türkiyə qaz ixracı üçün yeni boru kəməri tikəcəklər (ƏLAVƏ OLUNUB)

Energetika Materials 27 Oktyabr 2011 21:16 (UTC +04:00)

Üçüncü abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 20:37-də yayılıb)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycanın 2025-ci ilədək hasil etməyı planlaşdırdığı 50 milyard kubmetr qazın böyük hissəsini ixrac etmək üçün Bakı və Ankara Türkiyə ərazisində yeni qaz kəməri tikməyə hazırlaşırlar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.

"Azərbaycan və Türkiyə bu qaz kəmərinin inşası layihəsinin araşdırılması haqqında razılıq əldə ediblər", - Dövlət Neft Şirkətinin rəsmi saytında yerləşdirilən ARDNŞ prezidentinin ANS telekanalına müsahibəsində deyilir.

Regionda qaz hasilatı həcmləri artıqca boru kəmərinin ötürücülük qabiliyyətini artırmaq mümkün olacaq. "Bu layihə iki qardaş ölkə tərəfindən (xarici şirkətlərin dəvət edilməsi də mümkündür) həyata keçiriləcək", - Abdullayev deyib.

Bu layihənin iştirakçıları bu boru kəməri layihəsi ilə bağlı bütün məsələləri 2012-ci il ərzində həll etmək və vaxt itirmədən inşaat işlərinə başlamaq istəyirlər ki, 2017-ci ilin sonlarında - "Şahdəniz" layihəsinin 2-ci mərhələsi üzrə istismar başlayanda kəmər artıq hazır olsun.

Abdullayevin sözlərinə görə, çərşənbə axşamı İzmirdə qaz ixracına dair 15 sənəd, o cümlədən hökumətlərarası saziş, 2017-ci ildən başlayaraq "Şahdəniz-2" layihəsi üzrə hasil olunacaq qazın Türkiyəyə satışına dair saziş, "Şahdəniz-2" layihəsi üzrə hasil olunacaq qazın 2017-2042-ci illərdə Türkiyə vasitəsilə, BOTAŞ şirkətinin nəqliyyat şəbəkəsindən istifadə etməklə nəqlinə dair saziş imzalanıb.

"Bu sazişlər Azərbaycan qazının Türkiyə və Yunanıstan sərhədlərinə, eyni zamanda, Türkiyə və Bolqarıstan sərhədlərinə nəql olunması üçün zəruri olan sənədlərin tam paketini təşkil edir. Faktiki olaraq Xəzər dənizi regionunu Avropa ilə birləşdirəcək "Cənub dəhlizi" layihəsinin gerçəkləşməsi üçün bütün şərait yaranıb. Bu sazişlər üzərində iş 5 ildən artıq davam edib. Bu elə bir mexanizm olmalı idi ki, həm Türkiyə qaz nəqli şəbəkəsinin bütün mövcud istifadəçilərinin, həm də tranziti həyata keçirən ölkə kimi bizim maraqlarımıza uyğun olsun", - Abdullayev deyib.

Onun sözlərinə görə, "Şahdəniz" üzrə tərəfdaşlar boru kəməri layihəsinin seçim prosesini 2011-ci ilin sonu-2012-ci ilin əvvəllərində başa çatdıracaqlar. "Biz Azərbaycan qazının Avropaya nəql edilməsi istiqamətində bir neçə layihəni dəyərləndirmək imkanı qazanmışıq. Bunlardan biri İTGİ layihəsidir ki, qazın Yunanıstan vasitəsilə İtaliyaya və Balkan ökələrinə nəqlini nəzərdə tutur. Digər bir layihə - TAP (Transadriatik boru kəməri) layihəsi də eyni istiqamətdə nəzərdə tutulur. Və əlbəttə ki, "Nabukko" layihəsini qeyd etmək lazımdır ki, bu da Balkan ölkələrindən Mərkəzi Avropaya Azərbaycan qazının nəqlini nəzərdə tutur. "BP" şirkətinin təklif etdiyi 4-cü variant da maraq doğurur. Bu varianta əsasən, qaz Türkiyə ərazisindən Balkan ölkələrinə nəql ediləcək.

Xəbər lenti

Xəbər lenti