...

Azərbaycan neftinin qiymətləri: 12-16 dekabr həftəsinin yekunları

Energetika Materials 17 Dekabr 2011 13:21 (UTC +04:00)
12-16 dekabr həftəsində İtaliyanın Augusta limanından CIF şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 110,081 dollar/barelə yaxın olub.
Azərbaycan neftinin qiymətləri: 12-16 dekabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.İsmayılov/

12-16 dekabr həftəsində İtaliyanın Augusta limanından CIF şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 110,081 dollar/barelə yaxın olub. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən təxminən 3,3 dollar azdır.

12-16 dekabr həftəsində AZERI LT-nin maksimum qiyməti 113,5, minimum isə 108,6 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

12-16 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 105,16 dollar/barelə yaxın təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 3,16 dollar/barel azdır.

12-16 dekabr həftəsində URALS-ın maksimum qiyməti 107,7 dollar/barel, minimum isə 103,01 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

12-16 dekabr həftəsində "Brent Dated" növünün orta qiyməti 106,44 dollar/barelə yaxın olub. Bu, ötən həftənin orta qiymətindən təxminən 3 dollar/barel azdır.

12-16 dekabr həftəsində "Brent Dated"in maksimum qiyməti 108,84, minimum isə 104,58 dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti