Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir E.İsmayılov /
Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov çərşənbə axşamı Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevi "Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi" medalı ilə təltif edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.
Bundan əvvəl Natiq Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin fərmanı ilə yubiley medalı ilə təltif olunmuşdu.
Mənsimlinin sözlərinə görə, görüş zamanı tərəflər Azərbaycanla Qazaxıstan arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Natiq Əliyev Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədridir.