...

2011-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Energetika Materials 10 Yanvar 2012 15:00 (UTC +04:00)
2011-ci ildə "Azərenerji" ASC tərəfindən 20 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ASC-nin yaydığı məlumatda deyilir.
2011-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.İsmayılov/

2011-ci ildə "Azərenerji" ASC tərəfindən 20 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ASC-nin yaydığı məlumatda deyilir.

Ümumilikdə, 2010-cu ildə Azərbaycanda 18,4 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da 2009-cu ildəkindən 2,5 faiz azdır.

Məlumatda deyildiyi kimi, ötən il istehsal olunmuş 20 milyard kilovat-saata yaxın elektrik enerjisinin 17,3 milyard kilovat-saatdan çoxu istilik elektrik stansiyalarının, yerdə qalan 2,7 milyard kilovat-saata yaxını su elektrik stansiyalarının payına düşüb.

Ötən ilin dekabrında istehsal edilmiş 2,1 milyon kilovat-saata yaxın elektrik enerjisindən 1,9 milyard kilovat-saatı İES-lərin, yerdə qalan hissəsi isə SES-lərin payına düşür.

Bununla yanaşı, bu müddətdə Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti