...

Azərbaycanın iri bankı kimya müəssisələrinin inkişafına kredit ayıracaq

Energetika Materials 3 Aprel 2012 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyi (İB) bu il Azərbaycan Beynəlxalq Bankından (ABB) 40 milyon dollaradək kredit cəlb etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə İB-nin rəhbəri Muxtar Babayev bildirib.

Görüş İB-nin ARDNŞ-nin tərkibinə daxil olmasının 2 illiyi münasibətilə təşkil edilib.

"Cəlb ediləcək vəsaitlər İB-nin tərkibinə daxil olan müəssisələrin inkişafı, yenidən qurulması və modernləşdirilməsinə ayrılacaq", - Babayev deyib.

"Azərikimya" artıq ABB-dən 40 milyon dollar həcmində kredit cəlb edib.

Babayevin sözlərinə görə, müəssisələrin inkişafı və modernləşdirilməsinə investisiya qoymaq prosesi təkcə cəlb edilən kreditlər hesabına deyil, həm də İB-nin öz vəsaitləri hesabına həyata keçirilir.

İB 2011-ci ildən etibarən qaz, su, buxar və elektrik enerjisinə qənaət proqramını reallaşdırır ki, bu da ötən il ərzində 1,8 milyon manat qənaət etməyə imkan verib.

Xəbər lenti

Xəbər lenti