...

ARDNŞ Gürcüstanda karbamid zavodu tikəcək

Energetika Materials 10 Aprel 2012 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E. İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanda karbamid istehsalı zavodunu tikməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

"İşlərin aparılması üçün Gürcüstan hökuməti tərəfindən bütün şərait yaradılıb, xüsusən azad iqtisadi zonanın yaradılması üçün ərazi ayrılıb", - Abdullayev deyib.

Onun sözlərinə görə, ARDNŞ yaxın aylar ərzində Azərbaycanda karbamid zavodunu tikəcək şirkəti müəyyənləşdirəcək. Paralel olaraq Gürcüstan ərazisində işlərə start veriləcək.

"Biz bu məhsula ehtiyacı olan Qara dəniz bazarına çıxmaq niyyətindəyik" , - ARDNŞ rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti