...

Türkiyədə yeni neft ehtiyatları aşkar edilib

Energetika Materials 16 Aprel 2012 10:56 (UTC +04:00)
Türkiyənin Adıyaman şəhərindəki Altıntop adlanan ərazidə yüksək keyfiyyətli neft ehtiyatları tapılıb.
Türkiyədə yeni neft ehtiyatları aşkar edilib

Azərbaycan, Bakı, 16 aprel / Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Adıyaman şəhərindəki Altıntop adlanan ərazidə yüksək keyfiyyətli neft ehtiyatları tapılıb. Bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız məlumat verib. Trend-in məlumatına görə, xəbəri bazar ertəsi "Zaman" qəzeti yazır.

Həmin yataqdan ilkin mərhələdə gündə 500 barelə yaxın neft çıxarılması planlaşdırılır.

"Bu, böyük həcm deyil, lakin Türkiyə üçün o, böyük əhəmiyyətə malikdir", - Yıldız deyib.

Bundan əvvəl ABŞ-ın "Pemi" şirkəti karbohidrogen kəşfiyyatını aprdığı Türkiyənin Batman şəhərində neft yatağı aşkar edib.
Şirkət həmin yataqdan gündə 2,700 min barelədək neft hasil etməyi planlaşdırır.

Türkiyə xaricdən neft məhsullarının tədarükündən asılılığın azaldılması məqsədilə neft yataqlarının fəal axtarışını həyata keçirir. Bu yaxınlarda Sinop rayonunda böyük ümid bəslənilən kəşfiyyat işləri heç bir nəticə verməyib.

Xəbər lenti

Xəbər lenti