Azərbaycan, Bakı, 8 yanvar /Trend/
"Neft Daşları" yatağındakı 2521 nömrəli özüldən 2530 və 2532 nömrəli quyular qazmadan sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Qala Lay Dəstəsi-3" horizontuna qazılmış 2530 nömrəli quyu sutkalıq 14 ton, "Qala Lay Dəstəsi-4" horizontuna qazılmış 2532 nömrəli quyu isə sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna daxil edilib.
Hər iki quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.