Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E. İsmayılov/
Hindistanın "ONGC Videsh" şirkəti Azərbaycanda neft-qaz layihələrində "Hess"in 1 milyard dollar həcmində iştirak payının əldə edilməsi üzrə sövdələşmənin maliyələşdirilməsini istiqrazların buraxılması yolu ilə tam təmin edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Wall Street Journal"ın məlumatında deyilir.
Məlumatda deyilir ki, Hindistan şirkəti aprelin sonunadək dollarda istiqrazlarını xaricdə yerləşdirməyi və cəlb edilmiş vəsaitlər hesabına Azərbaycanın "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi və "Bakı-Tbilisi-Ceyhan" neft kəməri layihəsində iştirak payının əldə edilməsi üzrə "Hess" ilə sövdələşməni bağlamağı planlaşdırır.
"Hazırda istiqrazların buraxılması yolu ilə güzəştli şərtlərlə ( aşağı faiz dərəcələri) xarici borcların cəlb edilməsi üçün yaxşı imkanlar var" , - "Wall Street Journal" ONGC-nin idarəçi direktoru Dineş Sarrafa istinadən məlumat verir.
Sarrafın sözlərinə görə, aktivlərin alınması prosesi və vəsaitlərin cəlb edilməsi dollarda həyata keçiriləcək ki, bu da təkrar maliyyələşdirmə prosesini daha ucuz edir.