...

Şəki-Zaqatala iqtisadi rayonunda qaz təchizatı gücləndirilir

Energetika Materials 29 Aprel 2013 17:07 (UTC +04:00)
Balakən şəhərində yeni yaşayış massivinin, rayonun Talalar, Sarıbulaq, Tülü, Qullar, Qəysə, Xalatala, Qazma, Meşəşambul, Mazımqaray, Roçəhməd, Salban, Şərif, Gərəkli, Arılıqbinə, Püstə Tala, Hənifə, Qazbinə və Poçtbinə kəndlərinin qazlaşdırılması məqsədi ilə ümumilikdə 266,4 kilometr uzunluğunda, Qax rayonunun Şotavar, Almalı, Kötüklü, Calayer, Qıbçaq və Ağçay kəndlərinin qazlaşdırılması üçün isə 29,7 kilometr boru xətləri çəkilib.
Şəki-Zaqatala iqtisadi rayonunda qaz təchizatı gücləndirilir

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Balakən şəhərində yeni yaşayış massivinin, rayonun Talalar, Sarıbulaq, Tülü, Qullar, Qəysə, Xalatala, Qazma, Meşəşambul, Mazımqaray, Roçəhməd, Salban, Şərif, Gərəkli, Arılıqbinə, Püstə Tala, Hənifə, Qazbinə və Poçtbinə kəndlərinin qazlaşdırılması məqsədi ilə ümumilikdə 266,4 kilometr uzunluğunda, Qax rayonunun Şotavar, Almalı, Kötüklü, Calayer, Qıbçaq və Ağçay kəndlərinin qazlaşdırılması üçün isə 29,7 kilometr boru xətləri çəkilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Qəbələ şəhərində aparılan təmir işləri, rayonun yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar görülən tədbirlər çərçivəsində Bum, Vəndam və Nohurqışlaq qəsəbələri qazlaşdırılıb, ümumilikdə 63,3 kilometr uzunluğunda boru xətləri quraşdırılıb.

Zaqatala rayоnunun Mosul, Yengiyan, Danaçı, Car, Mazıx, Makov, Aşağı Cardaxlı və Yuxarı Tala kəndlərinin qazlaşdırılması məqsədi ilə 94,7 kilometr uzunluğunda, Oğuz rayonunun Padar kəndinin qazlaşdırılması məqsədi ilə isə 31,2 kilometr qaz kəmərləri çəkilib.

Şəki şəhərində fərdi həyətlərdən keçən qaz kəmərləri və qaz sayğaclarının küçəyə çıxarılması işləri başa çatıb. Rayonun Olimpiya məhəlləsi, Novruz və Sarabski küçələrinin, Cəyirli, Sarıca kəndlərinin və Turan qəsəbəsinin, 124-cü kvartalın, Kiş kəndində tikintisi nəzərdə tutulan ''Marxal'' istirahət və qonaq evi kompleksinin qazlaşdırılması, Şəki Qazpaylayıcı Stansiyasından Şəki şəhərinə gələn orta təzyiqli qaz kəmərinin yenidən qurulması işləri çərçivəsində 17,8 kilometr uzunluğunda müxtəlif diametrli boru xətləri quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti