...

"Azərenerji"nin aktivləri il ərzində təqribən 7 faiz artıb

Energetika Materials 2 May 2013 16:13 (UTC +04:00)
2012-ci il dekabrın 31-nə olan məlumata görə, "Azərenerji" ASC-nin aktivləri 5,33 milyard manatı ötüb. 2011-ci ildə bu rəqəm 4,99 milyard manat olub.
"Azərenerji"nin aktivləri il ərzində təqribən 7 faiz artıb

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.İsmayılov/

2012-ci il dekabrın 31-nə olan məlumata görə, "Azərenerji" ASC-nin aktivləri 5,33 milyard manatı ötüb. 2011-ci ildə bu rəqəm 4,99 milyard manat olub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ASC-nin maliyyə vəziyyəti haqqında rəsmi mətbuatda dərc edilən konsolidə edilmiş hesabatda deyilir.

Ötən il ASC-nin uzunmüddətli aktivləri 6,8 faiz artaraq 4,9 milyard manat, qısamüddətli aktivləri isə 7,2 faiz artaraq 442,48 milyon manata çatıb.

Ötən ilin yekunları üzrə ASC-nin nizamnamə kapitalı il ərzində 12,8 faiz artaraq 1,76 milyard manat olub. Nizamnamə kapitalı isə 2,02 milyard manat (13,8 faiz artımla) təşkil edib.

2012-ci ilin yekunları üzrə enerji operatorunun uzunmüddətli öhdəlikləri 1,93 milyard manat olub. 2011-ci ildə bu rəqəm isə 1,82 milyard manat təşkil edib. Öz növbəsində, ASC-nin qısamüddətli öhdəlikləri 1,1 faiz azalaraq 1,39 milyard manat təşkil edib.

2012-ci ilin yekunları üzrə ASC-nin gəlirləri 749,9 milyon manat olub. 2011-ci ildə isə bu göstərici 672,47 milyon manat təşkil edib. Bu artım, əsasən, elektrik enerjisinin satışından əldə olunan gəlirlərin artması hesabına təmin edilib. Satışdan əldə edilən gəlirlər 716,32 milyon manat səviyyəsində olub.

Ötən ilin yekunları üzrə ASC-nin ümumi mənfəəti 17,6 faiz azalaraq 158,55 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti