...

"Fitch" "Azərenerji"nin reytinqini sabit proqnozla təsdiq edib

Energetika Materials 6 May 2013 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir A. Axundov/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin xarici valyutada uzunmüddətli defolt emitenti reytinqini (DER) "Sabit" proqnozla "BBB-", xarici valyutada qısamüddətli DER-i isə "F3" səviyyəsində təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Fitch"in yaydığı məlumatda deyilir.

"Azərnerji"nin reytinqləri və uzunmüddətli DER üzrə proqnoz Azərbaycanın suveren reytinqləri ("BBB-"/"Sabit" proqnoz/"F3") ilə eyni səviyyədədir ki, bu da şirkətin dövlətlə güclü hüquqi, strateji və əməliyyat əlaqələrini əks etdirir", - məlumatda deyilir.

Agentliyin qənaətincə, hüquqi əlaqələr borc öhdəlikləri üzrə dövlətdən olan əsas zəmanətlərə aiddir: zəmanətlər "Azərenerji"nin (ödənilmiş faizlərin uçotu nəzərə alınmadan) 2012-ci ilin sonuna olan bütün borcunun 89 faizini ödəyirdi.

"Fitch" güman edir ki, bu göstərici növbəti bir neçə il ərzində nisbətən sabit qalacaq və ya yüksələcək. "Fitch" yaxın gələcəkdə dövlətlə hüquqi əlaqələrdə hansısa böyük dəyişiklik gözləmir, çünki hazırda "Azərenerji"nin özəlləşdirilməsilə bağlı planlar yoxdur", - məlumatda qeyd edilir.

"Dövlətlə güclü əlaqələri xeyli həcmdə olan birbaşa maliyyə dəstəyi də təsdiq edir. Şirkət bu vəsaiti keçmişdə öz mülkiyyətçisindən əldə edib. 2009-2012-ci illərdə dövlətdən gələn subsidiyalar 0,7 milyard manat (0,9 milyard dollar) təşkil edib", - məlumatda deyilir.

Agentlik müsbət reytinq fəaliyyətinə səbəb ola biləcək amillər arasında "Azərenerji" və dövlət arasında güclü əlaqələrin saxlanılması şərtilə suveren reytinqi qeyd edib.

"Fitch"də hesab edirlər ki, "Azərenerji"nin likvidliyi zəifdir və dövlət tərəfindən əhəmiyyətli dəstəyin saxlanılmasından asılıdır. Bu, onunla əsaslanır ki, şirkətin 2012-ci ilin sonuna olan 52 milyon manat həcmində pul vəsaiti formasındakı likvidliyi 278 milyon manat həcmində olan qısamüddətli borcun ödənilməsi üçün kifayət etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti