...

Xüsusi nümayəndə: Azərbaycan Böyük Britaniyanın strateji tərəfdaşıdır

Energetika Materials 5 İyun 2013 13:12 (UTC +04:00)
Azərbaycan Böyük Britaniyanın strateji tərəfdaşıdır.
Xüsusi nümayəndə: Azərbaycan Böyük Britaniyanın strateji tərəfdaşıdır

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E. İsmayılov/

Azərbaycan Böyük Britaniyanın strateji tərəfdaşıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Böyük Britaniyanın Azərbaycanla ticarətin inkişafı üzrə xüsusi nümayəndəsi Çarlz Hendri "Xəzər Neft və Qaz 2013" konfransı zamanı deyib:

"Böyük Britaniya Azərbaycanda ən iri investordur və qarşılıqlı əməkdaşlıqda əsas yeri enerji sektoru tutur. Xüsusilə, təkcə bp şirkəti Azərbaycana 25 milyard dollar həcmində investisiya yatırıb. Tərəflərin əməkdaşlığının böyük hissəsi enerji sektorunun payına düşməsinə baxmayaraq, iki ölkə digər sahələrdə də əməkdaşlıq edir".

Onun fikrincə, tərəflərin əməkdaşlıq etməsi üçün alternativ və bərpa olunan enerji mənbələri sahəsində böyük imkanlar mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti