Azərbaycan, Bakı, 1 iyul /Trend/
Bakının Xəzər rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq iyulun 2-də saat 10:00-dan 16:00-dək "Pirallahı-Qala" qaz kəmərindən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Qala qəsəbəsi və Xaşaxuna bağları ərazisinə təbii qazın verilişində fasilələr yaranacaq.