...

Rövnəq Abdullayev: BP-nin yeni ofisi Azərbaycanın neft-qaz sektorunun inkişaf səviyyəsini əks etdirir

Energetika Materials 20 Sentyabr 2013 18:49 (UTC +04:00)
BP-nin yeni ofisi Azərbaycanın və ölkənin neft-qaz sektorunun yüksək inkişaf səviyyəsinin təzahürüdür.
Rövnəq Abdullayev: BP-nin yeni ofisi Azərbaycanın neft-qaz sektorunun inkişaf səviyyəsini əks etdirir

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E. İsmayılov/

BP-nin yeni ofisi Azərbaycanın və ölkənin neft-qaz sektorunun yüksək inkişaf səviyyəsinin təzahürüdür. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Bakıda BP-nin yeni ofisinin açılışı mərasimində deyib.

Onun szölərinə görə, neftçilərin hazırda işlədiyi şərait iri neft-qaz layihələrinin reallaşdırılmasında əldə edilən böyük uğurların və yüksək səviyyəli gəlirlərin göstəricisidir.

R. Abdullayev qeyd edib ki, ARDNŞ, BP və onların tərəfdaşları gələcəkdə Azərbaycanın neft-qaz imkanlarından xalqın və dövlətin rifahı naminə istifadə etməyə çalışacaqlar.

Qeyd edək ki, sentyabrın 20-də Böyük Britaniyanın BP şirkətinin "Port Baku" kompleksində yeni ofisi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti