Azərbaycan, Bakı, 25 dekabr /Trend/
Bu günlərdə "Günəşli" yatağındakı 3-cü özüldən 122 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, quyu 2829-2820 metr intervaldan, məhsuldar qatın X horizontundan sutkalıq 40 ton neft hasilatı ilə istismar fonduna daxil edilib.
Qeyd edək ki, yataqda hasilat işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.