...

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Energetika Materials 4 Mart 2014 13:39 (UTC +04:00)
"Azərenerji" ASC 2014-cü ilin yanvar-fevralında təqribən 4,2 milyard kilovat/saata yaxın elektrik enerjisi istehsal edib. 2013-cü ilin analoji dövründə bu rəqəm 4 milyard kilovat/saatdan çox olub.
Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC 2014-cü ilin yanvar-fevralında təqribən 4,2 milyard kilovat/saata yaxın elektrik enerjisi istehsal edib. 2013-cü ilin analoji dövründə bu rəqəm 4 milyard kilovat/saatdan çox olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ASC-nin yaydığı xəbərdə deyilir.

Məlumata görə, fevral ayında ASC-nin elektrik stansiyaları 2 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edib. 2013cü ilin fevralında isə bu göstərici 1,9 milyard kilovat/saata bərabər olub.

"Azərenerji"nin məlumatına görə, ümumilikdə 2013-cü ildə ASC-nin elektrik stansiyaları 21,5 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal ediblər. 2012-ci ildə isə bu göstərici 21,3 milyard kilovat/saata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti