...

Taner Yıldız: Türkiyə TANAP layihəsində payının həcmini dəyişməyəcək

Energetika Materials 6 İyun 2014 15:57 (UTC +04:00)
Türkiyə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində özünün 30 faizlik payını saxlayacaq.
Taner Yıldız: Türkiyə TANAP layihəsində payının həcmini dəyişməyəcək

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində özünün 30 faizlik payını saxlayacaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib.

Onun sözlərinə görə, Türkiyə layihədə öz payını yetərli hesab edir.

Bundan əlavə, nazir qeyd edib ki, 2018-ci ilədək Ankara TANAP layihəsindəki iştirak payının həcmini dəyişmək niyyətində deyil.

Xatırladaq ki, mayın 30-da Azərbaycanın energetika naziri Natiq Əliyev və türkiyəli həmkarı T.Yıldız İstanbulda Türkiyənin TANAP layihəsində payının 30 faizədək artırılmasına dair saziş imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti