...

İyulda Ceyhan limanından 2,6 milyon ton neft dünya bazarlarına çıxarılıb

Energetika Materials 5 Avqust 2014 18:54 (UTC +04:00)
2014-cü ilin iyul ayı ərzində 2 milyon 647 min 222 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
İyulda Ceyhan limanından 2,6 milyon ton neft dünya bazarlarına çıxarılıb

Azərbaycan, Bakı, 5 avqust /Trend/

2014-cü ilin iyul ayı ərzində 2 milyon 647 min 222 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, bu həcmin 1 milyon 653 min 451 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 16 milyon 929 min 749 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il avqust ayının 1-ə qədər Ceyhan limanından 250 milyon 73 min 663 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti