Azərbaycan, Bakı, 31 oktyabr /Trend/
"Neft Daşları" yatağındakı 2585 nömrəli platformadan 2604 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2250 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.