Azərbaycan, Bakı, 4 noyabr /Trend/
"Darvin bankası" yatağındakı 740 nömrəli platformadan 741 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1220 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil olunacağı nəzərdə tutulur.