...

"Neft Daşları"nda quyu fondu genişləndirilir

Energetika Materials 17 İyun 2015 22:36 (UTC +04:00)
“Neft Daşları” yatağında quyu fondu genişləndirilir.
"Neft Daşları"nda quyu fondu genişləndirilir

Azərbaycan, Bakı, 17 iyun /Trend/

"Neft Daşları" yatağında hasilatın artırılması məqsədi ilə quyu fondunun genişləndirilməsi işləri daim diqqət mərkəzində saxlanılır. Yeni quyular qazılır, köhnələr təmir olunur və istismara buraxılır.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu günlərdə "Azneft" İB "Neft Daşları" NQÇİ-nin sifarişi ilə 2585 nömrəli stasionar dəniz özülündən qazılmış 2593 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 2232-2228 metr intervaldan sutkalık 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

"Neft Daşları" yatağındakı 2192 nömrəli stasionar dəniz özülündəki 2198 nömrəli quyu isə əsaslı təmirdən sonra istismara verilib. Quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 736-733 metr intervaldan gündəlik 17 ton neft hasilatı ilə istismara daxil edilib.

Xəbər lenti

Xəbər lenti