...

Bolqarıstan SOCAR-la danışıqlara başladı - "Balkan"la bağlı

Energetika Materials 16 İyun 2017 22:51
Bolqarıstanın “Bulqartransqaz” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə “Balkan” qovşağına qaz tədarükünün həcmi barədə danışıqlara başlayıb.
Bolqarıstan SOCAR-la danışıqlara başladı -  "Balkan"la bağlı

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov - Trend:

Bolqarıstanın "Bulqartransqaz" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Balkan" qovşağına qaz tədarükünün həcmi barədə danışıqlara başlayıb.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın energetika nazirinin müavini Jeço Stankov deyib.

Nazir müavini qeyd edib ki, Bolqarıstan şirkəti "Şahdəniz 2" yatağının azad ehtiyatlarının istifadəsi barədə danışıqlar aparır. Onun sözlərinə görə, danışıqlar hələlik başlanğıc mərhələdədir.

Qeyd edək ki, Xəzər regionundan gələn qaz Bolqarıstana bu ölkə ilə Yunanıstan arasındakı yeni IGB qaz kəməri vasitəsilə çatdırılacaq.

Layihənin dəyərinə gəldikdə isə, J.Stankovun sözlərinə görə, o, 240 milyon avro dəyərində ölçülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti