...

Bakı-Novorossiysk kəməri ilə 1,5 mln ton neft nəql olunacaq (YENİLƏNİB)

Energetika Materials 12 Oktyabr 2017 11:50 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci ildə Bakı-Novorossiysk kəməri ilə 1,5 milyon ton neft nəql etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, SOCAR şimal istiqamətində neft nəqlini dayandırmağa hazırlaşmır:

"2018-ci ildə Bakı-Novorossiysk vasitəsilə 1,3-1,5 milyon ton neft tədarük etməyi planlaşdırırıq. Rusiya tərəfi ilə Bakı-Tbilisi-Ceyhanda revers imkanı üzrə danışıqlar aparılır, lakin iqtisadi şərait baxımından çətinləşir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti