...

2018-ci ildə "qara qızıl"ın qiymətinə təsir edəcək amillər və PROQNOZ

Energetika Materials 28 Dekabr 2017 17:33 (UTC +04:00)
Gələn il neftin qiymətlərini aşağı volatillik gözləyir, çünki OPEK bazara nəzarəti artırmaq niyyətindədir.
2018-ci ildə "qara qızıl"ın qiymətinə təsir edəcək amillər və PROQNOZ

Bakı. Trend:

Gələn il neftin qiymətlərini aşağı volatillik (qiymətdə dəyişmələr) gözləyir, çünki OPEK bazara nəzarəti artırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyinin 2018-ci il üçün proqnozlarında deyilir.

Ümumiyyətlə isə neft bazarını təhlil edən mütəxəssislər "qara qızıl"ın gələn il qiymətlərinə təsir göstərə biləcək beş amili müəyyən ediblər.

Mütəxəssislərin fikrincə, amillərdən biri şist nefti ola bilər. Qeyd olunur ki, 2018-ci ildə ABŞ-da şist neftinin rekord həddə tədarükü gözlənilir.

Başqa bir amil isə OPEK-lə bağlıdır. Belə ki, OPEK-in neft hasilatını artırmaması da qiymətlərin volatilliyini azaldan amil kimi qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, növbəti amillər - geosiyasi amillər və volatillik vakuumudur ki, bunlar da 2018-ci ildə diqqətə alınmalıdır.

Sadalanan amillər arasında möhtəkirlik fəaliyyəti də xüsusi vurğulanır. Qeyd olunur ki, möhtəkirlərin təklif etdiyi müqavilələr qiymətlərin kəskin azalmasına səbəb ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti