...

SOCAR və “Statoil” arasında “Qarabağ” yatağı ilə bağlı saziş bu il imzalana bilər

Energetika Materials 19 Fevral 2018 17:39 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin “Statoil” şirkəti artıq bu il “Qarabağ” neft-qaz yatağının işlənməsi üzrə saziş imzalaya bilər
SOCAR və “Statoil” arasında “Qarabağ” yatağı ilə bağlı saziş bu il imzalana bilər

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin “Statoil” şirkəti bu il “Qarabağ” neft-qaz yatağının işlənməsi üzrə saziş imzalaya bilər.

Trend-in məlumatına görə, bunu “Reuters” agentliyinə müsahibəsində SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

Şirkət rəsmisi bildirib ki, “Qarabağ” yatağı “Abşeron”, “Ümid” və “Babək” yataqları kimi gələcəkdə “Cənub Qaz Dəhlizi”nin gücünün artırılması üçün istifadə oluna bilər.

V.Bəylərbəyov əlavə edib ki, bir çox xarici şirkətlər “Ümid” və “Babək” yataqlarının SOCAR-la birgə işlənməsi üçün maraq göstərir və hazırda bu şirkətlərlə danışıqlar aparılır.

Şirkət vitse-prezidentinin müavini onu da vurğulayıb ki, “Cənub Qaz Dəhlizi”nin birinci mərhələsi 2018-ci ilin iyulunda işə düşəcək, onun tam işə düşdükdən sonra genişləndirilməsi 2020-ci ildə mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti