...

Güclü küləyə görə təxliyə edilən 1000-dən çox neftçi iş yerinə qayıdıb

Energetika Materials 31 Mart 2018 13:57 (UTC +04:00)
Hava şəraitinin kəskinləşməsi ilə bağlı neftçilərin təhlükəsizliyi məqsədi ilə martın 30-da SOCAR-ın estakada və dəniz özüllərindən təxliyyə edilmiş əməkdaşlar martın 31-də iş yerlərinə qaytarılmağa başlayıb.
Güclü küləyə görə təxliyə edilən 1000-dən çox neftçi iş yerinə qayıdıb

Bakı. Maksim Tsurkov - Trend:

Hava şəraitinin kəskinləşməsi ilə bağlı neftçilərin təhlükəsizliyi məqsədi ilə martın 30-da SOCAR-ın estakada və dəniz özüllərindən təxliyyə edilmiş əməkdaşlar martın 31-də iş yerlərinə qaytarılmağa başlayıb.

“Azneft” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu gün saat 12-dən etibarən şirkətin dəniz obyektlərində normal iş rejimi tədricən bərpa edilib, neftçilərin özüllərə qaytarılmasının təşkili üçün bütün lazımi tədbirlər görülüb. Hazırda dəniz neftçiləri normal iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Xatırladaq ki, daha əvvəl martın 30 və 31-də açıq dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar SOCAR tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib, 1000-dən çox işçi dəniz platformalarından təxliyə edilib, açıq havada aparılan işlərə, o cümlədən nəqliyyat və işçilərin estakada və dəniz özüllərində hərəkət etməsinə məhdudiyyət qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti