...

OPEC+un qərarına baxmayaraq, dünya neft bazarı kəsirdə qalacaq

Energetika Materials 2 Aprel 2021 19:59 (UTC +04:00)
OPEC+un qərarına baxmayaraq, dünya neft bazarı kəsirdə qalacaq

Bakı. Ləman Zeynalova - Trend:

OPEC+un neft hasilatı üzrə kvotaların artırılması barədə qərarı onu ifadə edir ki, hasilat həcmləri mütəxəssislərin ikinci rüb üzrə proqnozlaşdırdığından daha çox olacaq.

Trend bu barədə Böyük Britaniyanın "Capital Economics" araşdırma və konsaltinq şirkətinə istinadən məlumat verir.

Analitiklər hesab edir ki, bununla belə dünya neft bazarı daimi kəsirdə qalmaqda davam edəcək, çünki xüsusilə, ABŞ-da karantin tədbirlərinin aradan qaldırılması neftə tələbatının artmasına gətirib çıxaracaq.

Eyni zamanda, Norveçin "Rystad Energy" konsaltinq şirkətinin neft bazarları üzrə analitiki Luiza Dikson hesab edir ki, OPEC+ sazişi alyansın azalmış hasilatının bir hissəsini geri qaytaracaq: "Bu sazişdən ortaya çıxan əsas fikir odur ki, mayda sutkada 600 min barel neft bazarlara qayıdacaq. Amma real hasilat çox yüksək olmayacaq".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti