...

Goranboyun iki kəndinin elektrik təchizatı yenilənib

Energetika Materials 26 Avqust 2021 12:02 (UTC +04:00)
Goranboyun iki kəndinin elektrik təchizatı yenilənib

Bakı. Samir Əli - Trend:

“Azərişıq” ASC Goranboy EŞ-nin xidməti ərazisində yerləşən, ucqar dağ kəndləri olan Rus Borisi və Buzluqda yenidənqurma işləri görüb.

Qurumdan Trend-ə verilən məlumata görə, Rus Borisi kəndində əsas problemlərdən biri meşənin içərisindən keçən köhnə 10 kV-luq xətt olub. Yeni layihə əsasında xətt meşə ərazisindən çıxarılaraq yol kənarı ilə 6 km məsafədə metal dayaqlarla yenidən inşa olunub. Kənd daxilində 4500 metr izolyasiyalı naqillərlə 0,4 kV-luq xətt çəlilib, 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz olunub.

Buzluq kəndi daxilində 5500 metr izolyasiyalı naqil və 200 ədəd metal dayaqdan istifadə olunub. 10 kV şəbəkə yenidən qurulub. 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz edilib.

Qeyd edək ki, Goranboy rayonu Rus Borisi və Buzluq kəndlərinin elektrik təsərrüfatı keçən əsrin 60-cı illərində qurulub. Elektrik təchizatının yaxşılaşdırılması işləri başa çatdıqdan sonra ümumilikdə 300-dək abonent dayanlıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti