...

AÇG və Şahdəniz yataqları üzrə gəlirlər açıqlanıb

Energetika Materials 6 Dekabr 2021 14:36 (UTC +04:00)
AÇG və Şahdəniz yataqları üzrə gəlirlər açıqlanıb

Bakı. Trend:

Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqları üzrə gəlirlər açıqlanıb.

Azərbaycan Dövlət Neft Fondundan Trend-ə verilən məlumata görə, indiyə qədər AÇG yatağı üzrə əldə olunan ümumi gəlir 154,677 mln. dollar olub.

2021-ci yanvarın 1-dən dekabrın 1-ə qədər AÇG yatağından 5 272 mln. dollar gəlir götürülüb.

2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər isə 4,397 mln. dollar olub.

Bu il Şahdəniz yatağından qaz və kondensat satışı üzrə (01.01.2021-01.12.2021 tarixinə)
730,707 mln. dollar, o cümlədən,kondensat satışından 278,178 mln. dollar gəlir əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti