...

Azərbaycan tezliklə sovet dövrünün bütün elektrik stansiyalarını yeniləri ilə əvəz edəcək - Nazir müavini

Energetika Materials 30 Mart 2022 16:47 (UTC +04:00)
Azərbaycan tezliklə sovet dövrünün bütün elektrik stansiyalarını yeniləri ilə əvəz edəcək - Nazir müavini
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Energetika Nazirliyi tezliklə sovet dövrünün bütün köhnə elektrik stansiyalarını yeniləri ilə əvəz edəcək.

Trend-in məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov ADA Universitetində keçirilən beynəlxalq konfrans zamanı deyib.

"Azərbaycanda istehsal olunan elektrik enerjisinin 93-94 faizi istilik stansiyasının payına düşür, burada isə geniş həcmdə qaz istifadə etmək lazımdır. Bununla əlaqədar olaraq, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının artırılmasına yönəlmiş hökumət proqramı hazırlanıb", - nazir müavini deyib.

O əlavə edib ki, Azərbaycanda digər ölkələrlə müqayisədə elektrik enerjisi qiymətləri əhəmiyyətli dərəcədə aşağıdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti