Bakı. Trend:
Yaxın beş il ərzində Yaşma yaşayış məntəqəsində müasir texnologiyalar və innovasiyalar əsasında yeni elektrik stansiyasının tikintisi planlaşdırılır.
Bunu Trend-ə energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, bu stansiyanın tikintisi üçün həm daxili, həm də xarici özəl investisiya cəlb etmək nəzərdə tutulur.
"Məlum olduğu kimi, Azərbaycanda köhnə, sovet dövründən qalmış elektrik stansiyalarının yüksək texnoloji stansiyalarla əvəz olunması üzrə işlər aparılır. Mingəçevir elektrik stansiyası 2,4 min meqavatt gücündə ölkənin ən iri stansiyalarından biridir. Onun istifadəsini minimuma endirmək və daha az qaz tələb edən stansiyaların sayını artırmaq planlaşdırılır. Bu, öz növbəsində, onu ifadə edir ki, qənaət olunan qazı daxili bazarda istifadə etmək, yaxud da ixraca yönəltmək olar. Bu istiqamətdə işlər davam edir, Mingəçevir elektrik stansiyasının istifadəsi minimallaşdırılır", - nazir müavini bildirib.
O əlavə edib ki, Azərbaycan hökuməti tərəfindən özəl investorlar üçün əlverişli şərait yaradılacaq.
(Tərcümə: Orxan Nəbiyev)