...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 6 Aprel 2022 10:32 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 5-də 111,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,8 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 109,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,1 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,39 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 107,68 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti