Bakı. Trend:
Rusiyaya qarşı sanksiyalar neft tədarükü üçün tarixdə ən böyük zərbələrdən birinə səbəb ola bilər.
Trend "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının nümayəndələri ilə görüşdə OPEK-in baş katibi Məhəmməd Barkindo deyib.
"Rusiyaya qarşı hazırkı və gələcək sanksiyalar tarixdə ən böyük neft tədarükü sarsıntılarından birinə səbəb ola bilər. Rusiya neftinin tədarükündə potensial itkiləri kompensasiya etmək mümkün olmayacaq", - deyə M.Barkindo bildirib.