...

Rusiya Azərbaycanın azad edilmiş ərazilərində iki layihə üzrə ilkin məlumatlar təqdim edib - Şahin Mustafayev

Energetika Materials 26 Aprel 2022 17:22 (UTC +04:00)
Rusiya Azərbaycanın azad edilmiş ərazilərində iki layihə üzrə ilkin məlumatlar təqdim edib - Şahin Mustafayev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya tərəfi Azərbaycanın azad edilmiş ərazilərində iki layihə üzrə ilkin məlumatlar təqdim edib.

Trend-in məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında deyib.

Onun sözlərinə görə, bu layihələr 100 meqavatt gücündə yerüstü külək elektrik stansiyası və ümumilikdə, 20 meqavatt gücündə kiçik su elektrik stansiyalarıdır.

"Azərbaycanda alternativ enerji sahəsində fəal işlər aparılır. Qarabağ və Şərqi Zəngəzur bərpa olunan enerji baxımından böyük potensiala malikdir. Bu sahədə əməkdaşlıq üçün Rusiya tərəfi ilə təmaslar davam etdirilir", - baş nazirin müavini deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti