...

bp BTC üzrə xərcləri azaldıb

Energetika Materials 5 May 2022 13:53 (UTC +04:00)
bp BTC üzrə xərcləri azaldıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə əməliyyat xərclərinə təxminən 9 milyon dollar, əsaslı xərclərə isə 4 milyon dollar vəsait xərclənib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

2021-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 41 milyon və 6 milyon dollar təşkil etmişdi.

Hesabatda qeyd olunur ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

Qeyd edək BTC boru kəmərinin ümumi uzunluğu 1 768 kilometrdir.

BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti