...

Rusiyadan Türkiyəyə təbii qaz nəqli bərpa edilib

Energetika Materials 30 May 2022 12:59 (UTC +04:00)
Rusiyadan Türkiyəyə təbii qaz nəqli bərpa edilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyadan Türkiyəyə "Mavi axın" boru xətti ilə təbii qaz nəqli bərpa edilib.

Trend-in məlumatına görə, bu barədə "Qazprom" şirkəti bildirib.

Qeyd olunur ki, "Mavi axın" boru xəttində aparılan planlı işlərlə əlaqədar mayın 17-dən 30-dək Türkiyəyə qaz nəqli dayandırılmışdı. Bu gündən etibarən nəql bərpa edilib.

Uzunluğu 1 200 kilometrdən çox olan "Mavi axın" qaz kəmərinin buraxılış gücü illik 16 milyard kubmetrdir.

Ötən il ərzində həmin xətt vasitəsilə Rusiyadan Türkiyəyə 15,98 miyard kubmetr qaz nəql edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti