...

Qarabağda "yaşıl" zonanın yaradılması üçün böyük potensial var - SAP

Energetika Materials 23 İyun 2022 14:05 (UTC +04:00)
Qarabağda "yaşıl" zonanın yaradılması üçün böyük potensial var - SAP
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda "yaşıl" zonanın yaradılması üçün böyük potensial var.

Bunu Trend-ə "SAP MDB" şirkətinin dayanıqlı inkişaf üzrə proqramının rəhbəri Aleksey Miroşnikov deyib.

"Azərbaycanda bunun üçün həm təbii, həm də insan ehtiyatları var. Ölkədə çoxlu unikal və istedadlı kadrlar var", - deyə o bildirib.

Onun sözlərinə görə, bu gün Qarabağda "yaşıl" zonanın yaradılması üçün çoxlu innovativ ideyalar var.

"Əgər Azərbaycan bu ideyaları toplayıb özünəməxsus "Silikon vadisi" yaratsa, bu, ölkənin qürur mənbəyinə çevriləcək", - A.Miroşnikov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti