...

Serbiya Azərbaycandan qaz almağı planlaşdırır - Vuçiç

Energetika Materials 29 Avqust 2022 23:53 (UTC +04:00)

Bakı. Trend:

Serbiya 2023-cü ildə Azərbaycandan qaz almağı planlaşdırır.

Trend xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində Serbiyanın Prezidenti Aleksandar Vuçiç deyib.

Onun sözlərinə görə, ölkənin maliyyə vəziyyəti Rusiya enerji mənbələrinə alternativ tapmaq və yaxın aylarda gözlənilən enerji çatışmazlığının öhdəsindən gəlmək üçün kifayət qədər güclüdür.

"Biz İraqdan neft alacağıq... Venesuela ilə də razılaşmağa çalışacağam. İstənilən yerdən almağa hazırıq", - deyə A.Vuçiç bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti