...

Enerji daşıyıcılarının yüksək qiymətləri Azərbaycanın iqtisadi artımını dəstəkləyəcək - AYİB

Energetika Materials 28 Sentyabr 2022 11:21 (UTC +04:00)
Enerji daşıyıcılarının yüksək qiymətləri Azərbaycanın iqtisadi artımını dəstəkləyəcək - AYİB
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Enerji daşıyıcılarının yüksək qiymətinin yaxın perspektivdə Azərbaycanın iqtisadi artımını dəstəkləyəcəyi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Regional iqtisadiyyat perspektivləri" sentyabr hesabatında deyilir.

"2022-ci ildə ÜDM-in 4,5 faiz səviyyəsində artımı proqnozlaşdırılır. 2023-cü ildə isə artım 2,5 faizədək azalacaq. Risklər balanslaşdırılıb və əsasən enerji daşıyıcıları qiymətlərinin dəyişiklikləri ilə əlaqəlidir. Qeyri-enerji sektorunun yüksək göstəriciləri bu ilin yeddi ayı ərzində illik 6,2 faiz iqtisadi artıma gətirib çıxarıb", - hesabatda deyilir.

AYİB-in qiymətləndirməsinə əsasən, qeyri-enerji sektorunda hasilat 9,9 faiz artıb, karbohidrogen sektorunda isə 0,4 faiz azalıb. Neft hasilatı 4,5 faiz azalıb, qaz hasilatı isə 15,3 faiz artıb.

Hesabatda qeyd olunur ki, inflyasiya daha da sürətlənərək 2021-ci ilin sonundakı 12 faizdən 2022-ci ilin iyununda 14,2 faizə çatıb, bununla belə iyul ayında 13,7 faizədək azalıb ki, bu da inflyasiya təzyiqinin azalmasının ilkin əlamətidir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti