...

ABŞ Avropanın enerji təhlükəsizliyindəki tarixi roluna görə Azərbaycana minnətdardır

Energetika Materials 4 Aprel 2023 16:46 (UTC +04:00)
ABŞ Avropanın enerji təhlükəsizliyindəki tarixi roluna görə Azərbaycana  minnətdardır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Azərbaycana Avropanın enerji təhlükəsizliyindəki tarixi roluna görə minnətdardır.

Trend xəbər verir ki, bu barədə ABŞ ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi və ölkənin Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman çərşənbə axşamı Bakı şəhərində keçirilən mətbuat konfransında deyib.

"ABŞ və Azərbaycan da oxşar vəziyyətdədir. Hər ikimiz də bütün dünya kimi yaşıl keçid prosesindəyik. Ona görə də biz enerjinin inkişafında bərpa olunan enerji mənbələrinin rolunu əhəmiyyətli dərəcədə artırmaq yollarını tapmalıyıq. Düşünürəm ki, neft və qaz, karbohidrogenlər bundan sonra da aktual olacaq. Amma biz bərpa olunan enerji mənbələrini inkişaf etdirməyə davam etsək, bu karbohidrogenlərə, xüsusən də Azərbaycanda başqa məqsədlər üçün istifadə etmək üçün yer aça bilərik. Biz Azərbaycana bütün Avropa qitəsi üçün belə mühüm enerji mənbəyi olduğuna görə minnətdarıq. Enerji böhranı kontekstində biz görürük ki, Azərbaycan kimi dövlətlər necə fəallaşır və real liderlərə çevrilir, bu böhrandan çıxmaq üçün tarixi addımlar atırlar", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti