...

Brent markalı neft ucuzlaşıb

Energetika Materials 2 May 2023 23:15 (UTC +04:00)
Brent markalı neft ucuzlaşıb

Bakı. Trend:

"Brent" markalı neftin qiyməti ucuzlaşıb.

Trend-in məlumatına görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 21:24 üçun (Bakı vaxtı) 5,16 faiz ucuzlaşaraq 75,3 dollar/barel təşkil edib.

Saat 21:55 üçün ucuzlaşma zəifləyib və qiymət 75,63 dollar/barel təşkil edib (-4,75%).

Eyni zamanda, "WTI" markalı neftin iyun fyuçersləri 5,05% ucuzlaşaraq bir barel üçün 71,95 dollar olub.

Brent markalı neft 27 mart 2023-cü ildən bəri ilk dəfə bir barel üçün 76 dollardan aşağı satılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti