...

Azərbaycan Türkiyəyə elektrik enerjisi satışından 21,4 milyon dollar qazanıb

Energetika Materials 14 Noyabr 2025 10:49 (UTC +04:00)
Azərbaycan Türkiyəyə elektrik enerjisi satışından 21,4 milyon dollar qazanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə təqribən 345,7 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 21,4 milyon ABŞ dolları olub.

Türkiyəyə elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 74,4 milyon kVt/saat və ya 17,7%, dəyər ifadəsi ilə 5,3 milyon ABŞ dolları, yaxud 19,8% azalıb.

Dövr ərzində əks istiqamətdə elektrik enerjisi tədarükü qeydə alınmayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 53,8 milyon ABŞ dolları dəyərində, 940,5 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 5,9 milyon ABŞ dolları dəyərində 134,5 milyon kVt/saat elektrik enerjisi idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti