...

CDC VR İLƏ "İSTİQLAL" QAZMA QURĞUSUNUN İSTİFADƏSİ HAQQINDA YENİ MÜQAVİLƏ İMZALAYIB

Energetika Materials 22 İyun 2005 12:26 (UTC +04:00)

CaspianDrillingCompanyBM (CDC) Xəzərin Azərbaycan sektorunda kəşfiyyat işlərinin aparılması üçün "İstiqlal" qazma qurğusunun istifadəsi haqqında BP ilə yeni müqavilə imzalayıb. BM-nin həmtəsisçisi olan AR DNŞ-dən Trend ə verilən məlumata əsasən, müqavilədə qurğudan istifadə qrafiki əksini tapıb.

"Şah-Dəniz" yatağında "İstiqlal" qurğusu vasitəsi ilə qazma işlərinə avqustda başlanacaq. AR DNŞ-dən bildiriblər ki, bu işlərlə əlaqədar CDC BM Xəzərin Türkmənistan sektorunda kəşfiyyat quyusunun qazmaqdan imtina etməli olub.

Bu ilin əvvəlində CDC və Maersk Oil "İstiqlal" qurğusundan Türkmənistanın "11-12" dəniz blokuna daxil olan "Karadaşlık" yatağının qazılması haqqında razılığa gəlmişdir. Razılığa əsasən, "İstiqlal" qurğusu Türkmənistan sektorunda 90 gün ərzində istifadə olunmalı idi. Quyunun layihə dərinliyi təxminən 5000 metr təşkil edirdi.

Ekspertlərin fikrincə, Türkmənistan tərəfinin Maersk Constructors şirkətinin balansında olan Heydər Əliyev qurğusunun xidmətlərindən istifadə bilər.

Xəbər lenti

Xəbər lenti