...

AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ MÜXTƏLİF İSTİQAMƏTLƏRDƏ DƏYİŞİB

Energetika Materials 25 İyun 2005 11:47 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, iyunun 24-də bir barel AZERI LT CIF neftinin qiyməti $57, 13 təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən $0,14 çoxdur. Azeri Light neftinin sıxlığı API üzrə 34,9 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyunun 24-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $52,16 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $0,17 çoxdur. URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi isə 1,3% təşkil edir.

İyunun 24-də bir barel Brent (DTD) neftinin qiyməti $57,17 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $0,02 azdır. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti