Atom elektrik stansiyasının tətbiqi elektrik enerjisini əldə etməyin varinatlarından biridir. Lakin Azərbaycanın buna nə zaman ehtiyacının yaranacağını söyləmək çətindir.
Trend ə Azerenerji Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə SC-in istehsalat-texniki şöbəsinin rəisi Təyyar İbrahimov Milli Elmlər Akademiyasının radiasiya problemləri institutnun rəhbəri Adil Qəribovun ölkədə atom elektrik stansiyasının tikintisinin zəruri olması barədə bəyanatını şərh edərkən bildirib.
A.Qəribovun təklifinə görə, ölkənin neft ehtiyatları 35-40 ildən sonra tükənəcək. Buna görə də "respublikamız tez və ya gec atom enerjisindən istifadə etməli olacaq. Azərbaycanda AES tikilməsi planı hələ 70-ci illərdən mövcuddur, 1980-ci ildə isə Salyan rayonunun Nəvai kəndində onun təməli qoyulub.
T.İbrahimov qeyd edib ki, "Azərbaycan Respublikasının (2005-2015-ci illər) yanacaq-energetika kompleksinin inkişafı üzrə Dövlət proqramı"nda ölkədə atom elektrik stansiyasının tikintisinin müvafiqliyinin öyrənilməsi nəzərdə tutulub. Bu ideya diqqətlə və hərtərəfli öyrəniləcək və müxtəlif səviyyələrdə analiz olunacaq.
AES-nın ətraf mühitə və əhaliyə təsirinə gəldikdə isə, şöbə müdiri bildirib ki, hər hansı bir istehsalın səlahiyyətlə və peşəkar şəkildə istifadəsi təhlükəsiz ola bilər. "Atom elektrik stansiyalarından bütün dünyada geniş istifadə olunur.
Fransada enerji istehsalının 80% -i AES-nın payına düşür.ABŞ, Almanyia, Rusiya aə dirəg ölkələrdə də istehsalın böyük hissəsi AES-nın payına düşür. İranda, məsələn, uzunmüddətli perspektivdə ümumi gücü 20 min MVt. olan 20 yeni AES-nın tikintisi planlaşdırılıb", - deyə o bildirib.